Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım son günlər Türkiyə sosial media platformalarında Azərbaycana qarşı səslənən fikirlərə münasibət bildirib.
Referans Media xəbər verir ki, o bu barədə Teleqraf-a açıqlamasında danışıb:
“Azərbaycanlı qardaşlarımız qətiyyən tərəddüd etməsinlər. Türkiyə ilə Azərbaycan qardaşdır. İki dövlət, bir millət olaraq həm çətin, həm də sevincli günlərdə hər zaman birlikdəyik. Biz bir-birimizin dəstəkçisiyik. Bu səbəbdən sosial media platformalarında əleyhimizə aparılan paylaşımların heç bir dəyəri yoxdur”, – Binəli Yıldırım qeyd edib.























