Türkiyədə böyük əməliyyat: 500 nəfərdən çox adam həbs olundu

Türkiyənin 56 əyalətində İŞİD-ə qarşı polis əməliyyatı nəticəsində 525 şübhəli saxlanılıb.

Referans Media  xəbər verir  ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılanlar təşkilata maliyyə dəstəyi verməkdə şübhəli bilinir, əvvəllər İŞİD ilə əlaqələri olub və həbs qərarı ilə axtarışdadırlar.

Əməliyyatlar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə İdarəsi ilə koordinasiyalı şəkildə həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki