Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot həlak olub.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Balıkesirdən havaya qalxan qırıcı ilə Türkiyə vaxtı ilə 00:56-dan əlaqə kəsilib. Dərhal axtarış-xilasetmə əməliyyatlarına başlanılıb və təyyarənin qəzaya uğradığı müəyyən edilib.
Artıq qırıcının qalıqları tapılıb. Faktla bağlı araşdırma aparılır. Qəzanın səbəbi araşdırmalardan sonra bəlli olacaq.
Sosial mediada hadisə yerinə aid olduğu iddia edilən görüntülər yayılıb.























