Türkiyədə hava kəskin dəyişir: ölkə boyu leysan xəbərdarlığı edildi

Türkiyə Dövlət Meteorologiya Xidməti tərəfindən yayımlanan son hava proqnozuna əsasən ölkənin böyük hissəsində güclü yağış və şimşəkli hava şəraiti gözlənilir.

Referans Media xəbər verir ki, 23 may şənbə günü 79 şəhərdə leysan yağışlarının müşahidə olunacağı bildirilir. Yalnız iki şəhərdə Hakkari və Şırnak yağış gözlənilmir, hava daha çox buludlu və qapalı olacaq.

Yağışlı hava ilə birlikdə bəzi bölgələrdə temperaturun da bir qədər enəcəyi qeyd olunur. Qərb bölgələrində, xüsusilə Egey və Mərmərə sahillərində temperatur 23°C-yə qədər düşəcək. Daxili və şərq bölgələrdə isə 17–21°C aralığında yağışlı və sərin hava davam edəcək.

Meteoroloqlar vətəndaşları güclü yağış, ildırım və küləyə qarşı ehtiyatlı olmağa çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki