Türkiyənin Tekirdağ vilayətinin Ergene rayonunda yerləşən Ulaş Gölü ərazisində kütləvi balıq ölümü qeydə alınıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara start verilib.
Referans Media xəbər verir ki, göl ətrafına gələn vətəndaşlardan biri suyun üzərində çoxlu sayda ölü balıq gördükdən sonra vəziyyəti aidiyyəti qurumlara bildirib. Bundan sonra əraziyə Tekirdağ Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin əməkdaşları cəlb olunub.
Hadisə yerində araşdırma aparan mütəxəssislər tərəfindən həm sudan, həm də ölü balıqlardan nümunələr götürülüb. Nümunələrin analiz üçün Tekirdağ Qida Nəzarət Laboratoriyası göndərildiyi bildirilir.
Rəsmi şəxslər qeyd ediblər ki, laborator nəticələri hazır olduqdan sonra balıqların kütləvi şəkildə tələf olmasının səbəbi ilə bağlı dəqiq məlumat açıqlanacaq.























