Türkiyədə turist avtobusu qəzaya uğrayıb.
Referans Media xəbər verir ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.
“Qəza ölkənin qərb hissəsində, Çanaqqala vilayətinin Yıldıran kəndi yaxınlığında baş verib.
Avtobus Ankara ilə Çanaqqala arasında hərəkət edərkən naməlum səbəblərdən yoldan çıxaraq tarlaya aşıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb”, – deyə bildirilib./globalinfo.az
