image-erdogan-900x600-4backend

Türkiyədən açıq xəbərdarlıq: Bu ssenariyə icazə verilməyəcək

Şimali Kipr Türk Respublikasının prezidenti Tufan Ərhürman “Türkiye Gazetesi”nə müsahibəsində Cənubi Kipr, İsrail və Yunanıstanın birgə layihəsi barədə xəbərdarlıq edib.

Referans Media  xəbər verir ki, Ərhürman Şimali Kiprin sözügedən layihədən uzaqlaşdırıldığı təqdirdə Türkiyənin buna icazə verməyəcəyini bildirib.

“Biz Türkiyə ilə iqtisadiyyat və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik. Cənubi Kipr rəhbəri Nikos Xristodulides ilə görüşdük. Təkliflərimizin həlli üçün 10 bəndlik siyahı təqdim etdik. Əgər Cənubi Kipr, İsrail və Yunanıstan sualtı elektrik layihəsi vasitəsilə bir-biri ilə əlaqə qurmağa və Şimali Kipri ​​və Türkiyəni kənarlaşdırmağa çalışarsa, Ankara müxtəlif vasitələrdən istifadə edərək buna icazə verməyəcək. Eyni vəziyyət karbohidrogen məsələsinə də aiddir. Türkiyə və Kipr türklərinin hüquq iddia etdiyi yerlərdə birtərəfli proses aparmaq mümkün deyil”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki