Türkiyənin ən zəngin insanları açıqlandı – Selçuk Bayraktar ilk dəfə siyahıda

“Forbes” jurnalının açıqladığı son siyahıya əsasən, Türkiyənin ən zəngin iş adamlarının reytinqi yenilənib. Siyahıda lider dəyişməz qalsa da, ilk dəfə daxil olan bir ad xüsusi diqqət çəkib.

Referans Media xəbər verir ki, 1-ci yerdə qərarlaşan Hamdi Ulukayanın 13,5 milyard dollar sərvəti var. “Chobani” şirkətinin qurucusu və rəhbəri Hamdi Ulukaya 13 milyard 500 milyon dollarlıq sərvəti ilə siyahının zirvəsində qərarlaşıb. ABŞ-da qurduğu qatıq brendi ilə qlobal uğur qazanan Ulukaya uzun illərdir ən varlı türkiyəlilər arasında ilk sıradadır.

“Yıldız Holdinq”in İdarə Heyətinin sədri Murat Ülker 5 milyard 300 milyon dollarlıq sərvəti ilə ikinci pillədə yer alıb. O, qida sənayesindəki geniş fəaliyyəti ilə tanınır.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar bu il ilk dəfə siyahıya daxil olub. 2 milyard 700 milyon dollarlıq sərvəti ilə o, Türkiyənin ən zəngin 10-cu şəxsi olub. Xüsusilə pilotsuz uçuş aparatları sahəsindəki uğurları ilə beynəlxalq səviyyədə diqqət çəkir.

Türkiyənin ən zəngin 10 nəfəri (Forbes) Hamdi Ulukaya — 13.500.000.000 dollar Murat Ülker — 5.300.000.000 dollar Şaban Cemil Kazancı — 5.100.000.000 dollar Erman Ilıcak — 3.700.000.000 dollar Feridun Geçgel — 3.400.000.000 dollar Ferit Faik Şahenk — 3.100.000.000 dollar Semahat Sevim Arsel — 3.100.000.000 dollar Filiz Şahenk — 2.900.000.000 dollar Mustafa Rahmi Koç — 2.700.000.000 dollar Selçuk Bayraktar — 2.700.000.000 dollar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki