Üç lider sülh mükafatına layiq görüldü

Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon Orta Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gördükləri işlərə görə “Beynəlxalq Lev Tolstoy Sülh Mükafatı”na layiq görülüblər.

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Konservatoriyasında “Lev Tolstoy Beynəlxalq Sülh Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

“Referans MEDİA”-ın Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən yaydığı məlumata görə, mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yanaşı, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki