Diplomat Rodion Miroşnik qeyd edib ki, Ukraynanın pilotsuz uçan aparatlarının hücumları rus mülki vətəndaşlarının ölümünə və yaralanmasına səbəb olub.
“Referans MEDİA” xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki. Ukraynanın hücumları nəticəsində son bir həftə ərzində 7 rusiyalı mülki şəxs həlak olub, 1-i uşaq olmaqla 60-a yaxın insan yaralanıb.
“Son bir həftə ərzində 65 dinc sakin Ukrayna atəşindən zərər çəkib: biri azyaşlı olmaqla, 58 nəfər yaralanıb, 7 nəfər həlak olub. Ötən həftə ən çox mülki itki Belqorod, Xerson, Zaporojye vilayətlərində və Donetsk Xalq Respublikasında qeydə alınıb”, – deyə Miroşnik qeyd deyib./TASS/
