Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Alfa” Xüsusi Əməliyyat Mərkəzinə məxsus dronları Rusiyanın Novorossiysk şəhərindəki hərbi bazaya zərbə endirib.
Referans.az xəbər verir ki, hücum nəticəsində dörd ədəd S-400 “Triumf” zenit-raket kompleksi və iki əsas radiolokasiya sistemi məhv edilib.
Peyk görüntüləri zərbənin nəticələrini təsdiqləyir və obyektlərin vurulduğunu vizual olaraq göstərir.
Ukrayna tərəfinin məlumatına görə, bazada ümumilikdə təxminən 12 ədəd S-400 qurğusu olub və onların bir hissəsi də zədələnmiş ola bilər. Əməliyyat UTX tərəfindən Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrinin dəstəyi ilə həyata keçirilib./
Musavat.com
