Ukrayna ordusunun Luqanskın Starobilsk şəhərindəki kollecə PUA zərbəsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ümumilikdə, 60 nəfərin yaralandığı bildirilib. Daha üç nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Referans Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Starobelsk şəhərindəki kollec yataqxanasının dağıntıları altından dörd nəfərin meyiti çıxarılıb.
Son məlumatlara görə, 42 nəfər yaralanıb. Dağıntılar altında 5 nəfərin qaldığı bildirilir.
Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı artıb.
Referans Media bildirir ki, Rusiya mediasının xəbərinə görə, ölənlərin sayı 11-ə çatıb.
Məlumata görə, daha 41 nəfər yaralanıb.
Xilasedicilərin itkin düşən 10 tələbənin axtarışlarını davam etdirdiyi bildirilir.(APA)
