Ukrayna Çin və Avropa İttifaqı arasında Orta Nəqliyyat Dəhlizinin inkişafına mühüm töhfə verərək Cənubi Qafqaza yeni bərə reysləri buraxıb.
Referans xəbər verir ki, bu barədə Ukraynanın “Ukrzaliznitsa” şirkəti məlumat yayıb.
Yeni dəhliz Rusiya Federasiyası ərazisindən yan keçməklə Ukrayna və Azərbaycan arasında yüklərin daşınmasını təmin edəcək. Layihənin əsas məqsədi alternativ marşrutlar üzərindən ticarət dövriyyəsini artırmaq və yeni İpək Yolunda strateji mövqeləri gücləndirməkdir./globalinfo.az