backend

Ukrayna Rusiyanın Qara dəniz sahilindəki terminalı vurdu: İki körpü, iki gəmi sıradan çıxıb

Ukraynanın dron zərbələri nəticəsində Krasnodar diyarının Temryuk rayonunun Volna kəndində iki körpü və iki gəmi zədələnib.

Referans Media xəbər verir ki, bu barədə məlumatı regional əməliyyat qrupu açıqlayıb: “Temryuk rayonunun Volna kəndində dron hücumu nəticəsində iki körpü və iki gəmi zədələnib”. Həmçinin qeyd edilib ki, göyərtədəki bütün şəxslər təxliyə edilib və heyət üzvləri və ya sahil işçiləri xəsarət almayıb.

Dron hücumu nəticəsində körpülərdə 1000-1500 kvadrat metr ərazini əhatə edən yanğınlar baş verdiyi bildirilib: “Hazırda aktiv yanğınsöndürmə işləri aparılır. Hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir”.

Dekabrın 21-də dron zərbəsinin Volna kəndindəki terminallardan birində boru kəmərinə zərər verdiyini bildirilib. Məlumata görə, yanğın 100 kvadrat metr ərazini əhatə edib və xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki