Rusiyanın Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk bölgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər həlak olub, 95 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxta edilən hücumlarda 4 nəfər, o cümlədən bir uşaq ölüb, 45 nəfər yaralanıb. Odessa və digər bölgələrdə də yaşayış məntəqələri və infrastruktur zərər görüb.
Ukrayna ordusunun məlumatına görə, Rusiya gecə ərzində 44 raket və yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum edib, onların əksəriyyəti zərərsizləşdirilsə də, bir sıra obyektlərə zərbələr dəyib.























