Uşaqlarda ürək xəstəlikləri artır: Həkim valideynlərə vacib xəbərdarlıq etdi

Uşaqlarda ürək xəstəlikləri dünyada geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz və düzgün həyat tərzi bir çox riskin qarşısını almağa kömək edir. Kardioloq Dr. Nuri Cömert valideynlərə uşaqların ürək sağlamlığını qorumaq üçün vacib tövsiyələr verib.

Kardioloqun sözlərinə görə, dünyada hər 100 doğuşdan birində, Türkiyədə isə hər 1000 doğuşun 8–10-da anadangəlmə ürək xəstəliyi qeydə alınır. Bu da hər il minlərlə uşağın ürək problemi ilə doğulduğunu göstərir.

Uşaqlarda ürək xəstəlikləri əsasən iki qrupa bölünür:

Anadangəlmə ürək qüsurları – ürəyin kameraları və ya damarlarında struktur problemlər olur və hamiləlik zamanı xüsusi müayinələrlə aşkar edilə bilər.

Sonradan yaranan ürək xəstəlikləri – infeksiyalar, revmatik qızdırma, piylənmə və hərəkətsiz həyat tərzi ilə əlaqədar inkişaf edir.

Həkim valideynlərə körpələrdə bəzi xəbərdaredici əlamətlərə diqqət etməyi tövsiyə edir: ağız və dırnaq ətrafında göyərmə, nəfəs almaqda çətinlik, zəif qidalanma, çəki artımının ləngiməsi və həddindən artıq tərləmə.

Mütəxəssis həmçinin qeyd edib ki, yeniyetməlik dövründə stress və fiziki yüklənmə gizli ürək problemlərini üzə çıxara bilər. Buna görə də uşaqlar idmana başlamazdan əvvəl EKQ və ürək müayinəsindən keçməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki