Üz tanıma və barmaq izi ilə iş vaxtının izlənməsinə qadağa qoyuldu

Türkiyədə milyonlarla işçini maraqlandıran mühüm qərar qəbul edilib. Şəxsi Məlumatların Qorunması Qurumu (KVKK) iş yerlərində əməkdaşların işə giriş-çıxışının barmaq izi, üz və ya retina skanı kimi biometrik məlumatlarla izlənməsinin qanunvericiliyə zidd olduğunu açıqlayıb.

Qərarda bildirilib ki, biometrik məlumatlar son dərəcə həssas və dəyişdirilməsi mümkün olmayan şəxsi məlumatlar hesab olunur. Buna görə də iş vaxtının qeydiyyatı üçün bu üsullardan istifadə zərurət və proporsionallıq prinsiplərinə uyğun deyil.

KVKK həmçinin vurğulayıb ki, işçi ilə işəgötürən arasında mövcud olan asılılıq münasibətləri səbəbindən əməkdaşların verdiyi razılıq hər zaman tam sərbəst seçim kimi qiymətləndirilə bilməz.

Yeni qərardan sonra şirkətlər iş vaxtının qeydiyyatı üçün imza vərəqələri, giriş kartları, şifrəli sistemlər və ya təhlükəsizlik nəzarəti kimi alternativ üsullardan istifadə etməli olacaqlar. Qanunsuz olaraq biometrik məlumat toplamağa davam edən müəssisələri isə ciddi sanksiyalar gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki