“Uzak Şehir” serialında canlandırdığı “Alya” obrazı ilə məşhurlaşan aktrisa Sinem Ünsal şəxsi həyatı ilə gündəmə gəlib.
Məşhur aktrisanın sevgilisi Berk Cankatdan ayrıldığı iddia edilib.
Sinem seriala mane olmamaq üçün şəxsi həyatında baş verənləri gizli saxlasa da, sevgilisini sosial media hesablarından izləmədən çıxartması dedi-qoduları gücləndirib.