image-vens-3backend

Vens Trampa görə Papaya xəbərdarlıq etdi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Papa XIV Leoya xəbərdarlıq edib.

Referans Media  xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Vens bildirib ki, Papa ABŞ Prezidenti Donald Trampın xarici siyasətini, o cümlədən İran münaqişəsini tənqid edərkən ehtiyatlı olmalıdır.

O, xüsusilə Roma Katolik Kilsəsinin liderinin “Tanrı qılınc tutanların tərəfində deyil” ifadəsini tənqid edib:

“Necə deyə bilərsiniz ki, Tanrı heç vaxt qılınc tutanların tərəfində deyil? ABŞ vitse-prezidentinin ictimai siyasət məsələləri barədə danışarkən diqqətli olması vacib olduğu kimi, inanıram ki, Papanın ilahiyyat məsələləri barədə danışarkən diqqətli olması çox, çox vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki