Artıq “WhatsApp”da telefon nömrəsi olmadan da söhbətləşmək mümkün olacaq.
Referans.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Technoblog” saytı məlumat yayıb.
Bildirilib ki, “WhatsApp” da “Telegram” və “Signal” kimi istifadəçi adı sistemini tətbiq etməyi hədəfləyir.
Qeyd olunub ki, bu funksiyanın əsas məqsədi istifadəçilərin, xüsusən də tanımadıqları insanlarla nömrələrini paylaşmadan ünsiyyət qura bilmələrini təmin etməkdir. Yeni sistem aktivləşdirildikdə sizi telefon nömrənizlə əlavə etməyən insanlar yalnız istifadəçi adınızı görəcəklər.
İstifadəçi adı sonradan dəyişdirilərsə, profil şəkli və ya nömrə dəyişikliyi kimi, bu məlumat sistem mesajı formasında mövcud çatlarda paylaşılacaq.
Bu yeniliyin yaxın zamanlarda istifadəyə verilməsi gözlənilir.