Xalçadakı inadkar ləkələri təmizləmək üçün bahalı vasitələrə ehtiyac olmadığı açıqlanıb. Təmizlik mütəxəssislərinin sözlərinə görə, evdə istifadə olunan ağ rəngli təraş köpüyü ləkələri cəmi 10 dəqiqəyə aradan qaldıra bilər.
Təmizlik mütəxəssisi və sosial media fenomeni Lynsey Crombie bildirib ki, təraş köpüyü “çırpılmış sabun” kimi fəaliyyət göstərərək yağ və kir hissəciklərini parçalayır. Bu üsul xüsusilə süd, palçıq, qazlı içki və yemək ləkələrinə qarşı təsirli hesab olunur.
Mütəxəssis ləkəli hissəyə ağ təraş köpüyü çəkib yumşaq parça ilə ovuşdurmağı, köpüyü 10 dəqiqə saxladıqdan sonra isə durulayıb qurulamağı tövsiyə edir.
Ekspert rəngli köpüklərin xalçada iz buraxa biləcəyini də vurğulayaraq, üsulu əvvəlcə xalçanın görünməyən hissəsində yoxlamağı məsləhət görüb.
