image-7de6ba7634075131a39bc0f6049703c6backend

Xalq artistinin oğlu hərbi xidmətə gedir — FOTO

Xalq artisti Ənvər Sadıqovun ailəsində əlamətdar gün yaşanır. Tanınmış musiqiçinin oğlu Hidayət Sadıqbəyli hərbi xidmətə yollanır.

Musiqiçi bu xəbəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, övladının yaxın günlərdə əsgər gedəcəyini qeyd edərək birlikdə çəkilmiş fotolarını yayımlayıb. Ənvər Sadıqov paylaşımına xeyir-dua verərək bu sözləri yazıb: “Allah cəmi övladlarımızı qorusun. Xidmətini sağ-salamat bitirib vətənimizə, ölkəmizə layiqli övlad olasan oğlum, inşaallah”.

Xalq artistinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb və gənc əsgərə xoş arzular ünvanlanıb.//Demokrat.az

4daf6ce0-1d52-4d11-a4dc-f73340010ccb.jpg (298 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki