“İranın Ali Lideri Ayətullah Əli Xamenei “Aslanın nəriltisi” əməliyyatının birinci mərhələsində öldürülüb”.
Referans Media xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O, ədalətin bərpa olunduğunu qeyd edərək bunları yazıb:
“Zalım Xamenei, İran terror qalasındakı digər yüksək vəzifəli şəxslərlə birlikdə “Aslanın Nəriltisi” əməliyyatının ilk zərbədə məhv edildi”.
Katz həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunu və ordunu təbrik edib.
Daha əvvəl İranın ali liderinin iş yerində, iqamətgahında sui-qəsd edildiyi bildirilmişdi./Globalinfo.az























