image-xamenei-1backend

Xameneinin yerinə o TƏYİN OLUNDU – FOTO

İranda Seyid Ayətullah Xameneidən sonra ölkəni idarə Liderlər Şurasına yeni üzv təyin edilib.

Referans Media xəbər verir ki, İSNA agentliyi onun ayətullah Əlirza Arafi olduğunu deyib.

İran Konstituasiyasına görə, ali dini liderin yoxluğunda ölkəni prezident, məhkəmə şurası və Ekspertlər Məclisinin seçdiyi bir nəfər idarə etməlidir. Ötən gün bu şurada Xameneinin müşavirinin adı yer almışdı.

Arafi Xamenenin xələfləri sırasında ən çox adı çəkilənlər sırasındadır. 66 yaşlı ayətullah ölkədəki Seminariyalar İdarəsi Mərkəzinə rəhbərlik edir, həmçinin Konstitusiyanın Mühafizə Şurasının üzvü və Xameneinin xələfini seçən Ekspertlər Şurasının sədrinin ikinci müavinidir./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki