image-qlobal_baki_forumubackend

XIII Qlobal Bakı Forumunun ilk günü başa çatdı – YENİLƏNİB

XIII Qlobal Bakı Forumu çərçivəsində “BMT 80+” mövzusunda panel keçirilib.

Referans Media xəbər verir ki, müzakirələrdə BMT-də islahatlar və təşkilatın qlobal idarəetmədə rolu diqqət mərkəzində olub.

Paneldə çıxış edən BMT Baş Assambleyasının 62-ci sessiyasının Prezidenti Srdcan Kerim bildirib ki, dəyişikliklər yalnız Təhlükəsizlik Şurasında təmsilçiliklə məhdudlaşmamalıdır:

“BMT-nin agentlikləri və proqramları vahid çoxtərəfli missiya çərçivəsində daha koordinasiyalı fəaliyyət göstərməlidir”.

O, həmçinin maliyyə şəffaflığı və kollektiv hesabatlılığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Paneldə çıxış edən BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Laycak isə BMT-yə yönələn tənqidlərin çox vaxt ədalətsiz olduğunu deyib:

Təşkilat müstəqil qlobal hökumət deyil və onun effektivliyi üzv dövlətlərin siyasi iradəsi və dəstəyindən asılıdır. BMT-nin güc arxitekturası yenilənməli və qlobal Cənubun səsi daha güclü eşidilməlidir”.

***

XIII Qlobal Bakı Forumu başlayıb.

Referans Media xəbər verir ki, tədbirin açılış mərasimi Gülüstan sarayında keçirilir.

Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Forum martın 14-dək davam edəcək.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki