ABŞ Prezidenti Donald Tramp danışıqlar üzrə komandası ilə müşavirə keçirəcək. Daha sonra isə İrana qarşı hərbi əməliyyatların yenidən başlanıb-başlanmayacağı ilə bağlı qərar verəcək.
Referans Media xəbər verir ki. o, bu barədə Axios portalına müsahibəsində deyib.
Tramp qeyd edib ki, qarşıdakı müşavirədə vitse-prezident Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, həmçinin iş adamı Jared Kuşner iştirak edəcək.
Onun sözlərinə görə, İranla razılaşmanın əldə olunması və ya hərbi əməliyyatların bərpası ehtimalı hazırda yarı faizdir.
“İki variantdan biri baş verəcək. Ya onlara indiyədək görünməyən dərəcədə güclü zərbə endirəcəm, ya da yaxşı bir razılaşma imzalayacağıq”, – deyə ABŞ lideri vurğulayıb.
