Yalançı insanlar danışarkən bu HƏRƏKƏTİ EDİRbackend

Yalançı insanlar danışarkən bu HƏRƏKƏTİ EDİR

  Psixoloqların apardığı araşdırmalara görə, insanların yalan danışarkən verdiyi jest və mimikalar onları ələ verə bilər.

 
Referans  xəbər verir ki, mütəxəssislərin fikrincə, yalan söyləyən şəxslər çox vaxt ya həddindən artıq göz təması saxlayır, ya da tamamilə bundan qaçırlar. Onların üz ifadələri isə danışdıqları mövzuya uyğun gəlmir. Məsələn, kədərli hadisədən danışarkən gülümsəmək və ya süni mimika nümayiş etdirmək.

 

Yalanın digər göstəriciləri arasında səs tonundakı dəyişikliklər, əllərin gizlədilməsi, burna və ya boyuna tez-tez toxunmaq, həmçinin bədən duruşundakı narahatlıq da yer alır. Araşdırmalara əsasən, belə insanlar söhbət zamanı barmaqlarını oynadır, stula arxaya çəkilir və ya məsafə saxlamağa çalışırlar.

 

Ekspertlər bildirir ki, yalnız bir jest əsasında kimisə yalançı hesab etmək doğru deyil. İnsan davranışlarını bütöv şəkildə müşahidə etmək daha etibarlı nəticə verir./

Sfera.az   

  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki