Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Xalid əl Səud 36 yaşında vəfat edib.
Referans xəbər verir ki, Kral ailəsinin “Yatmış şahzadə” ləqəbli üzvü 20 ildir komada idi.
Onun vəfatını atası şahzadə Xalid bin Talal bin Əbdüləziz təsdiqləyib.
Qeyd edək ki, 2005-ci ildə, 15 yaşında olan Əlvalid Londonda hərbi akademiyada oxuyarkən avtomobil qə*asına düşüb. Qəza onu komaya salan böyük beyin qanamasına səbəb olub.