ABŞ prezidenti Donald Trump yaxın vaxtlarda İran, Venesuela və Kubada rejim dəyişikliyinin mümkün ola biləcəyi barədə məlumatlandırılıb.
Referans Media “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə respublikaçı senator Ted Kruz bildirib.
Senatorun sözlərinə görə, o, Amerika liderinə İran hakimiyyətinin hazırda ciddi zəiflədiyini və heç vaxt indiki qədər sarsılmadığını deyib.
“Biz elə bir məqamdayıq. Yaxın altı ay ərzində İran, Venesuela və Kuba rejimlərinin süqutunu və onların yerində ABŞ-la dost münasibətlər qurmağa çalışan hökumətlərin yaranmasını görmək tam realdır”, – deyə Kruz qeyd edib.
O vurğulayıb ki, belə bir ssenari baş tutarsa, bu, Berlin divarının süqutundan bəri ən böyük geosiyasi dəyişiklik ola bilər/Publika.az .























