Ukrayna lideri Volodimir Zelenski yaxşı ata olmadığını etiraf edib.
Referans Media z xəbər verir ki, Zelenski bu barədə “Sky News”a verdiyi müsahibədə deyib.
“Münaqişə başlayandan bəri uşaqlarıma ayırmaq üçün vaxtım yoxdur. Ona görə də, mən ən yaxşı ata deyiləm”, – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynadakı hərbi münaqişə onun şəxsi həyatına da mənfi təsir göstərib.
Daha əvvəl bildirilirdi ki, Ukrayna vətəndaşlarının 50 faizindən azı ölkənin hazırkı prezidenti Zelenskiyə etibar edir. Məlumata görə, Ukraynanın Londondakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı etimad reytinqlərində birinci yerdədir.
