Yekaterinburq məhkəməsi 6 azərbaycanlını həbs etdi – FOTOLAR

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı hadisələrdə bağlı 6 azərbaycanlı bu gün məhkəmə qarşısına çıxarılıb.

Referans  APA-ya istinadən xəbər verir ki, hər bir azərbaycanlı barəsində həbs-qətimkan tədbiri keçirilib. 

Belə ki, Məzahir Səfərov 22 gün, Ayaz Səfərov 22 gün, Akif Səfərov 22 gün, Şahin Lalayev 3 gün, Əhliman Gənciyev 3 gün, Bəkir Səfərov 3 gün müddətinə həbs edilib.

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki