YPG-dən Türkiyəyə pis xəbər: Fidan çağırış etdi – VİDEObackend

YPG-dən Türkiyəyə pis xəbər: Fidan çağırış etdi – VİDEO

PKK-nın Suriyadakı qollarından YPG mart razılaşmasına əməl etmir.

Referans  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.

Nazir YPG idarəedicilərinə çağırış da edib:

“Türkiyə və bölgə üçün təhdid olmaqdan vaz keçsinlər, rəsmi Dəməşqlə təmasa keçərək razılaşmanı yerinə yetirsinlər”.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Qasra və Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hüseyn Əş Sələmə Ankarada səfərdədirlər.

Globalinfo.az xəbər verir ki, Dəməşq rəsmilərini Türkiyənin xarici işlər naziri Hakan Fidan qəbul edib.

İki ölkə rəsmiləri birlikdə foto çəkdirib və mətbuata birgə bəyanatla çıxıb ediblər.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki