NATO-ya üzvü ölkələr, Yunanıstan Silahlı Qüvvələrində xidmət edən bir polkovnikin Çin casusu olması xəbəri ilə sarsılıb. Məlumata görə, polkovnik NATO-nun gizli məlumatlarına sahib olub və birbaşa Çinə gedərək Çin kəşfiyyatı ilə görüşlər keçirib.
Referans Media xəbər verir ki, NATO mənbələrindən əldə edilən məlumatlara əsasən, Malayziya şirkəti “LinkedIn” sosial media platforması vasitəsilə polkovnik ilə əlaqəyə keçib.
Polkovnikin Çin səfəri zamanı Çin kəşfiyyatı tərəfindən işə qəbul edildiyi bildirilib. Daha sonra o, Yunanıstanda da Çin kəşfiyyatçıları ilə görüşərək NATO-nun gizli layihələri və kritik texnologiyaları haqqında məlumatları pul müqabilində satıb.
Ödənişlərin kriptovalyuta vasitəsilə həyata keçirildiyi qeyd olunur. NATO, Yunan hakimiyyətlərini xəbərdar etdikdən sonra polkovnik həbs olunub.
Həbsindən sonra polkovnik ittihamları qəbul edib və Çin üçün casusluq etdiyini etiraf edib.























