image-yunanistan-gkry-ye-2-firkateyn-ve-2-savas-ucagi-19616943_6410_ampbackend

Yunanıstan Cənubi Kiprin müdafiəsinə qalxdı: Qırıcılar göndərildi

İranın Cənubi Kiprdəki İngiltərə hərbi bazasına hücumundan sonra Avropada da təhlükə siqnalları verilib. Bu vəziyyət fonunda Yunanıstan, Cənubi Kiprə 2 freqat və 2 F-16 döyüş təyyarəsi göndərəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, Yunanıstanın Müdafiə naziri Nikos Dendias bildirib ki, Baş nazir Kiriakos Miçotakis ilə Cənubi Kipr lideri Nikos Xristodulidis telefon vasitəsilə əlaqə saxlayıb. Dendias həmçinin Cənubi Kiprin Müdafiə naziri Vasilis Palmas ilə son iki gündə davamlı əlaqə saxladığını bildirib.

Dendias vurğulayıb ki, “Cənubi Kipr ərazilərinə edilən əsassız hücumlardan sonra Yunanıstan, böhran müddətində Cənubi Kiprin müdafiəsi üçün əlindən gələni edəcək.”
Hökumətin Xarici Siyasət və Müdafiə Şurasının (KYSEA) qərarına əsasən: “Kimon” adlı Belharra sinifinə aid freqat və Kentavros PUA əleyhinə sistemlə təchiz olunmuş digər freqat dərhal Cənubi Kiprə göndərilib.

Cənubi Kiprin qarşılaşa biləcəyi təhdidlərə qarşı 2 F-16 döyüş təyyarəsi də göndəriləcək.

Dendias Cənubi Kiprə gedəcək

Dendias bildirib ki, sabah Yunanıstan Baş Qərargah rəisi Dimitris Hupis ilə birlikdə Cənubi Kiprə səfər edəcək.

Cənubi Kiprdəki Akrotiri Bazasında gecə partlayış səsləri eşidilib və bəzi döyüş təyyarələrinin havaya qalxdığı müşahidə olunub.

Cənubi Kipr hökumət sözçüsü Konstantinos Letymbiotis bildirib ki, burada Pilotsuz Uçuş Aparatı (PUA) istifadə olunub və hadisədə yalnız məhdud ziyan meydana gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki