Yunanıstan Almaniya, Hollandiya, Avstriya və Danimarka ilə birlikdə sığınacaq müraciəti rədd olunan miqrantlar üçün Avropa İttifaqından kənarda “geri dönüş mərkəzləri” yaratmağa hazırlaşır.
Referans Media xəbər verir ki, Yunanıstanın miqrasiya naziri Thanos Plevris bildirib ki, mərkəzlərin əsasən Afrikada qurulması planlaşdırılır. Layihə artıq nəzəri mərhələdən praktik mərhələyə keçib və texniki müzakirələr davam edir.
Bu mərkəzlər sığınacaq tələbi rədd edilən və öz ölkələri tərəfindən geri qəbul olunmayan şəxslər üçün nəzərdə tutulub. Rəsmi Afina bunu potensial miqrantlar üçün çəkindirici addım kimi qiymətləndirir.
Rəqəmlərə görə, 2025-ci ildə Yunanıstana qeyri-qanuni girişlər əvvəlki illə müqayisədə 21 faiz azalıb, son beş ayda isə azalma 40 faiz təşkil edib. Ölkə hər il təxminən 5–7 min nəfərin geri qaytarılmasını həyata keçirir.
