Zelenski ilə Budanov arasında GƏRGİNLİK - Baş kəşfiyyatçı HƏDƏFDƏ

Ukrayna prezidenti Volodimir Zelenski ilə Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov arasında gərginliyin artdığı bildirilir.

Referans Media  xəbər verir ki, bu barədə “Strana.ua” nəşri özünün Telegram kanalında anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Budanovun siyasi ambisiyalarını gizlətməməsi və aktiv informasiya kampaniyası aparması hakimiyyət daxilində narahatlıq yaradıb.

“Mənbələr Zelenski ilə Budanov arasında münasibətlərdə gərginliyin artdığını təsdiqləyir. Budanov siyasi ambisiyalarını gizlətmir və fəal informasiya kampaniyası aparır”, - deyə nəşr yazıb.

Bununla yanaşı, siyasi dairələrdə Budanovun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı da daxil olmaqla əsas hərbi postlara təyin olunması ehtimalına skeptik yanaşıldığı qeyd edilir.

Həmsöhbətlərin fikrincə, belə bir təyinat Budanovun ictimai nüfuzunu və siyasi çəkisini daha da artıra bilərdi. Lakin hazırkı mərhələdə bu ssenarinin real olmadığı vurğulanır./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki