Zelenski Putinlə görüşə hazırlıq barədə DANIŞDIbackend

Zelenski Putinlə görüşə hazırlıq barədə DANIŞDI

  Rusiya və Ukrayna arasında İstanbul razılaşmaları çərçivəsində həyata keçiriləcək hərbi əsir və hərbçilərin cəsədlərinin mübadiləsi iki ölkə liderləri – Vladimir Putin və Vladimir Zelenski arasında mümkün görüş üçün ilkin şərt kimi qiymətləndirilir.

Bu barədə Ukrayna Prezidenti Zelenski “Noviny.LIVE” teleqram kanalına açıqlamasında deyib.

Ukrayna liderinin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlarda növbəti mərhələyə keçid yalnız razılaşdırılmış mübadilələrin həyata keçirilməsindən sonra mümkün olacaq.

“Biz ikinci görüşdə tərəflərin razılaşdıqlarını tamamlamalıyıq. İstanbulda razılaşdırılmış mübadilələrlə yekunlaşmalıyıq. Düşünürəm ki, yaxın gələcəkdə müvafiq hərəkətlər həyata keçiriləcək. Və yalnız bundan sonra komandalar liderlərin görüşünün hazırlanması üçün effektiv variantı müzakirə edə bilərlər,” – deyə Zelenski bildirib.

O qeyd edib ki, hərbi əsirlərin geri qaytarılması həm humanitar, həm də siyasi baxımdan prioritet məsələdir və bu prosesin uğurla başa çatması danışıqlar mühitini daha konstruktiv edə bilər./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki