image-kubokbackend

Ziraat Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü 11 mart tarixində keçiriləcək

Ziraat Türkiyə Kubokunda növbəti mərhələnin iştirakçıları üçün püşkatma tarixi açıqlanıb.

Referans Media xəbər verir ki, Türkiye Futbol Federasyonunun açıqlamasına görə, püşkatma mərasimi klub nümayəndələrinin iştirakı ilə saat 14:00-da İstanbulda Ziraat Bankası Oditoryumunda baş tutacaq.

1/4 finala yüksələn komandalar:
Seri başı: Galatasaray, Samsunspor, Beşiktaş, Konyaspor.

Seri başı olmayanlar: Trabzonspor, Alanyaspor, Gençlerbirliği, Fenerbahçe.

Qeyd edək ki, kubokun 1/4 final oyunları 21–23 aprel tarixlərində keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki