Ötən mövsüm “İmişli”də keçirmiş Pablo Alveş Enrike yenidən Azərbaycana qayıdıb.
24 yaşlı braziliyalı bu dəfə də I Liqada çıxış edəcək.
Cənubi amerikalı yarımmüdafiəçi ”Baku Sportinq”lə 10 aylıq müqavilə imzalayıb. ”Sambaçı” bu müddətdə 1500 dollar əməkhaqqı alacaq.
Pablo Braziliyada “Paulista”, “Quarani”, “Luverdense”, “Tubarao” və “Qoyania”nın formasını geyinib.
