Ötən gün Kür çayında batan 17 yaşlı Gülnaz Məmmədovun faciəvi ölümünün bəzi detalları bilinib.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, mərhum 10 yaşından kiqboksinq idman növü ilə məşğul olub. Dəfələrlə rayon çempionu, müxtəlif yarışların mükafatçısı, ikiqat Azərbaycan çempionu olub. İlkin məlumata görə, hadisə zamanı G.Məmmədova 6 yaşlı qardaşını xilas etmək istəyərkən suda boğulub.
Məlumat üçün bildirək ki, hadisə Samux rayonunun Yenikənd kəndində baş verib. Ailə həmin əraziyə istirahət üçün gəlibmiş.


