Xameneinin səhhəti ilə bağlı YENİ AÇIQLAMA

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei tam sağlam idi.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian siyasi fəallarla görüşündə İranın Ali Rəhbəri ilə keçirdiyi 7 saatlıq görüşdən danışarkən bildirib.

Pezeşkian deyib ki, Ali Rəhbərin sağlamlıq vəziyyəti tam qaydasında olub.

“7-8 saat oturub müzakirə apara bilən bir şəxsin sağlamlıq baxımından problemi ola bilməz. O, bizim sözlərimizi çox rahatlıqla dinləyirdi, müzakirə aparırdı və öz fikirlərini də bildirirdi”, – İran Prezidenti qeyd edib.

Pezeşkian görüşün çox yaxşı keçdiyini deyib. O əlavə edib ki, həmin toplantıda bütün problemlər və narahatlıqlar səsləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki