Hazırda icarə əsasında “Barselona”da oynayan “Mançester Yunayted”in hücumçusu Markus Reşford Kataloniya nəhəngi ilə daimi müqavilə imzalayıb.
Referans Media xəbər verir ki, bu barədə sosial mediada insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin məlumatına görə, müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
“Mançester Yunayted” və “Barselona” arasında bağlanan icarə müqaviləsində Reşfordun hüquqlarını almaq seçimi 30 milyon avro dəyərindədir.
Jurnalistin sözlərinə görə, “Brasa” transferi tamamlamaq istəyir, lakin “Mançester Yunayted”dən qiymətdə endirim etməsini istəyir.























