Belçika bu ilin sonuna qədər Ukraynaya üç "F-16" qırıcı təyyarəsi göndərməyi planlaşdırır.
Referans Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.
"Bu ilin sonuna qədər bizə üç "F-16" qırıcı təyyarəsinin təhvil verilməsi ilə bağlı Belçika ilə mühüm bir razılığa gəldik. Bu təyyarələrin qəbulu üçün sürətləndirilmiş proseduru tətbiq edəcəyik", - deyə açıqlamada bildirilir.
Zelenskinin sözlərinə görə, Ukrayna artıq Belçika, İspaniya və digər ölkələrdən "F-16" qırıcıları üçün sursat alıb.
İyun ayında Belçikanın müdafiə naziri Teo Franken Belçikanın bu il Ukraynaya yeddi "F-16" qırıcı təyyarəsi verəcəyini açıqlayıb. Nazirin sözlərinə görə, təyyarələrdən üçü işlək vəziyyətdə olacaq, digər dördü isə ehtiyat hissələri üçün istifadə edilə bilər./Publika.az
