Cəlilabadda yeni yaşayış məskəni tapıldı – FOTOLAR

Cəlilabad rayonunun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olan yeni yaşayış məskəni – Oğlantəpə aşkar edilib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc – İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.

Cəfərli yolunun sağ tərəfində, yoldan 130 metr şimal-qərbdə yerləşən Oğlantəpə təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Abidənin sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.

İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.

Arxeoloqların bildirdiyinə görə, gələcəkdə bu tip abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.

d4HtYmzEmyLouZXAP8CPrgJoJNbv3sUEsyOIx5Kz 1200 1SaIt502QHGTZH0wnlhWgJIKjDoQt53a9YilmpKP2 1200 1wcxpL3VKhoDnuzHJfOlBaLpv5RVhtUz6GSsVrXGH 1200 1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki