Mərakeş Kralı VI Məhəmməd ölkənin baş naziri vəzifəsinə Mərakeşin meri Fatimə Əzzəhra əl-Mansurini təyin edib və bununla da onu krallıq tarixində bu vəzifəni tutan ilk qadın edib.
Referans Media xəbər verir ki, bu barədə “Frans Press” agentliyi kralın aparatına istinadla məlumat yayıb.
Əl-Mansuri kral sarayında qəbul edilib və ona yeni hökumət formalaşdırmaq tapşırılıb.
O, Marakeşə rəhbərlik edib və bundan əvvəl mənzil tikintisi naziri vəzifəsini də tutub.
Təyinat Əl-Mansurinin partiyasının ötən həftə keçirilmiş parlament seçkilərində qələbəsindən sonra baş tutub./Publika.az
