ÜST-dən həyəcan təbili: Bu virus yenidən tüğyan etməyə başladı

Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan Ebola qızdırması epidemiyası nəticəsində həyatını itirənlərin sayı min nəfəri ötüb.

Referans Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, təkcə KDR-də 999 nəfər xəstəlikdən ölüb,

Uqandada isə daha 2 ölüm faktı qeydə alınıb. Yoluxmanın təsdiq olunmuş ümumi sayı isə 2494 nəfərə çatıb.

ÜST-dən bildirilib ki, virusun yayılmasına qarşı mübarizə tədbirlərinin sürəti hələ də epidemiyanın miqyasına uyğun gəlmir. Təşkilat səylərini təhlükəsiz dəfn mərasimlərinin təşkili, xəstələrin daşınması sisteminin təkmilləşdirilməsi və ən çox zərər çəkmiş bölgələrdə kliniki müalicə imkanlarının genişləndirilməsinə yönəldib.

Xəstəlik KDR-in 5 əyalətini əhatə edib. Ən gərgin vəziyyət bütün yoluxmaların 89%-dən çoxunun və ölümlərin təxminən 84%-nin qeydə alındığı İturi əyalətində qalmaqdadır.

Xatırladaq ki, may ayında ÜST KDR və Uqandadakı Ebola epidemiyasını digər dövlətlər üçün də təhlükə yaradan fövqəladə vəziyyət elan etmişdi. Qurum infeksiyanın regionda daha da yayılma ehtimalını hələ də yüksək qiymətləndirir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki