Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner ilə telefon danışığı aparıb.
Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin açıqlayıb.
O, “Axios”un jurnalistinə açıqlamasında isə bildirib ki, Zelenski Stiv Vitkoff və Cared Kuşnerlə Rusiya ilə danışıqların bərpası məsələsini müzakirə edib./Publika.az
