Naxçıvan Televiziyasında rəhbər dəyişikliyi – yeni təyinat

Referans Media-nın əldə etdiyi məlumata görə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-də kadr dəyişikliyi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 22 iyul 2026-cı il tarixli sərəncamı ilə Xaliq Yunis oğlu Babayev QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla Vüsal Hicran oğlu Muradov İdarə Heyəti sədrinin müavini təyin edilib.

Eyni zamanda, İdarə Heyətinə sədr təyin olunanadək sədr vəzifəsinin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki