Referans Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda güclü fırtına zamanı uçan dam insanların üzərinə düşmək təhlükəsi yaradıb.
Hadisə zamanı küçədə olan şəxslər son anda dağıntının altında qalmaqdan xilas olublar. Güclü küləyin təsiri ilə qopan dam parçaları ətrafa səpələnib.
Hadisə yerinə aid görüntülər sosial şəbəkələrdə yayılıb. Fırtınanın şəhərin bəzi ərazilərində müxtəlif fəsadlara səbəb olduğu bildirilib./Musavat.com
