Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrtəkcə tarix, dil və musiqi ilə deyil, kino və sənət sahəsində də uğurladavam etdirilir. Bu dostluğun daha bir parlaq nümunəsi isə Türkiyənintanınmış “Devin Film” MMC şirkətinin Azərbaycanda həyata keçirdiyi“Dar Küçələr” adlı ortaq film layihəsidir. Dram və kriminal janrındaekranlaşdırılacaq bu film, yalnız maraqlı süjet xətti ilə deyil, həm də gəncistedadlara yaradılan imkanlarla seçilir.
Layihənin məqsədi iki ölkə arasında kino sahəsində əməkdaşlığımöhkəmləndirmək və Azərbaycan aktyorları ilə rejissorlarına yeniyaradıcılıq imkanları qazandırmaqdır. Bu müsahibədə layihənin ideyamüəllifi və “Devin Film”in direktoru Atila Uysal ilə “Dar Küçələr”filminin detalları, çəkiliş planları və gələcək perspektivləri barədədanışdıq.
Atila bəy, xoş gördük! İlk olaraq oxucularımıza özünüz haqqında qısaməlumat verərdiniz.
Mən Atila Uysal, Türkiyənin İstanbul şəhərində yaşayıram, evliyəm və üçövlad atasıyam. Hazırda “Devin Film” MMC-nin direktoru və layihəninrəhbəri kimi fəaliyyət göstərirəm.
“Devin Film” şirkəti nə zaman yaradılıb və əsas məqsədləri nələrdir?
Şirkətimiz 2024-cü ilin iyul ayında Bakıda təsis olunub. Əsas məqsədimizyüksək keyfiyyətli bədii və sənədli filmlər istehsal etmək, xüsusilə də gəncistedadlara dəstək olmaq və onlara sənayedə özlərini göstərmək üçün şəraityaratmaqdır.
“Dar Küçələr” layihəsinin ideyası haradan yaranıb? Filmin mövzusunəyə əsaslanır?
Layihənin ideyası real həyatdan ilhamlanıb. Cəmiyyətin qaranlıqküçələrində baş verən dramatik hadisələr və onların insanlara təsiri filminəsas süjet xəttini təşkil edir. Bu həm fərdi dramları, həm də sosialproblemləri əks etdirən güclü bir hekayədir.
Filmin çəkilişi üçün Azərbaycanı seçməyinizin xüsusi bir səbəbi varmı?
Əlbəttə. Azərbaycanın mədəniyyəti, insanları və təbiəti bizim üçün çoxdəyərlidir.Beləliklə, bu layihə ilə ortaq tariximizi və dostluğumuzu dakinoya daşımaq istəyirik.
Çəkilişlər nə vaxtdan başlayacaq və hansı bölgələrdə aparılmasıplanlaşdırılır?
Artıq “Dar Küçələr” filminin dörd seriyası hazırdır və yaxın aylardateleviziya kanalın birində nümayiş olunacaq. Hazırda çəkilişlər əsasən Bakıvə ətraf ərazilərdə aparılır. Gələcək planlarımızda isə Azərbaycanın müxtəlifbölgələrində çəkilişlər nəzərdə tutulub.
Film heyətində Azərbaycan və Türkiyədən aktyorlar iştirak edəcəkmi?Aktyor seçimi necə aparılır?
Əsasən Azərbaycan aktyorları ilə çalışırıq – həm tanınmış simalar, həm dəyeni başlayan istedadlar layihəyə cəlb olunub. Lazım gələrsə, Türkiyədən dəaktyorlar dəvət ediləcək. Seçimlər isə tamamilə peşəkar kastinqlər vasitəsiləhəyata keçirilir.
Filmin janrı nədir və əsas vermək istədiyiniz mesaj nədən ibarətdir?
Dram və kriminal üslubda çəkilən bu film, tamaşaçıya dərin emosionaltəəssüratlar bəxş etməklə yanaşı, onu həyatın sərt və unudulan tərəfləriüzərində düşünməyə çağırır.
Gələcəkdə bu cür ortaq layihələrin davamı planlaşdırılırmı? Buəməkdaşlıq iki ölkənin kino sənayesi üçün nə vəd edir?
Əlbəttə, bu layihə yalnız başlanğıcdır. Qarşılıqlı bilik və təcrübə mübadiləsi,yeni simaların üzə çıxması və mədəni əlaqələrin güclənməsi əsasməqsədlərimizdəndir.
Layihə çərçivəsində aktyorlar üçün təlim və kurslar da təşkilolunacaqmı?
Bəli. Seçilmiş iştirakçılar üçün xüsusi təlim proqramlarımız mövcuddur.Hədəfimiz yalnız film çəkmək deyil, həm də aktyorların peşəkarlığınıartırmaqdır.
Azərbaycan aktyorlarına üstünlük veriləcəkmi?
Tamamilə. Bu layihə əsasən yerli istedadların üzə çıxmasına və inkişafınayönəlib. Azərbaycanlı aktyorların bu layihədə xüsusi yeri var.
Peşəkar aktyor olmayan, lakin potensialı olan şəxslər üçün seçimlərnəzərdə tutulubmu?
Təbii ki. Yeni simalara hər zaman açığıq. Onlar üçün mentorluq, təlim vəməşqlər təşkil olunacaq. İstedad varsa, biz onu üzə çıxarmaq üçünburadayıq.
Sonda tamaşaçılara nə demək istərdiniz?
Əvvəla sizə təşəkkür edirəm, bu layihəyə maraq göstərdiyiniz üçün.Tamaşaçılara isə demək istərdim ki, özünüzə inanın və inkişaf üçün daimçalışın. İstedad gec-tez parlayır. “Dar Küçələr” təkcə bir film deyil, bulayihə iki xalqın qəlbini birləşdirən yeni bir mədəni körpüdür. Ümid edirikki, film milyonlarla insanın qəlbinə toxunacaq və yeni ümidlər doğuracaq.
